73 yaşlı Alla İsraildə kirayədə yaşamır ki?

22 Yanvar 2023 00:28 (UTC+04:00)

Budur, rus saytları Rusiyanın Ukraynada başlatdığı müharibəyə etiraz edib xaricə gedən Alla Puqaçova və onun həyat yoldaşı Maksim Qalkini aşağılamaqda davam edirlər.

Beləliklə, rus saytlarının yazdığına görə, İsrailə köçən 73 yaşlı Alla Puqaçova hazırda ərinin, xarici agent Maksim Qalkinin qardaşı evində yaşayır.

Allanın əri, komediya aktyoru dünyanın rusdilli diasporları qarşısında konsert verməklə çörəkpulu qazandığı halda, pensiyaçı Alla isə guya uşaqların qayğısına qalır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Maksim və Allanın hazırda doqquz yaşlarında olan əkiz övladları Moskva vilayətində özəl elit məktəbdə təhsil almışdılar deyə, İsraildə də onların eksklüziv təhsildən məhrum olmayacaqlarını bildirirlər

“Komsomolskaya Pravda”nın insayderlərinə görə, uşaqlar, qaydalara zidd olaraq - dərs ilinin əvvəlindən deyil, özəl rus-yəhudi məktəbinə qəbul ediliblər.

“...Ailənin yetkin üzvlərinin repetitorlardan dərs alaraq ivrit dilini öyrəndikləri də məlumdur. Belə görünür ki, “Puqalkinlər” İsraildə möhkəm kök salmaq niyyətindədirlər”.

Bunu da rus saytları yazır.

Nazlı Almuradova