İlk dəfə sevgisi ilə əl-ələ görüntüləndi

21 Yanvar 2023 13:29 (UTC+04:00)

“Poyraz Karayel”, “Kardeşlerim”, “Hanımın Çiftliği” kimi seriallarda rol alan aktyor Celil Nalçakan həmkarı Ahu Yağtu və müğənni Seçil Gürlə eşq yaşadığı iddiaları ilə dərgi gündəminə gəlmişdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu söz-söhbətləri təkzib edən məşhur sima ötən axşam qatıldığı tədbirdə sevgilisi ilə ilk dəfə obyektivlərə əks olunub. O, sevgisini gözlər önündə yaşamağı sevmədiyini dilə gətirib.