Gələn ölüm xəbəri aktrisanı sarsıtdı

21 Yanvar 2023 10:27 (UTC+04:00)

Kanal D ekranlarında rekord qıran "Yargı" serialındakı Ceylin obrazına həyat verən aktrisa Pınar Deniz aldığı acı xəbərlə sarsılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdir müalicə alan Dənizin əmisi ötən gün dünyasını dəyişib, Pınar Dənizə başsağlığı mesajları gəlməyə başlayıb.

Tarabyada jurnalistlərə tuş gələn aktrisa: "dostlar, əmimi itirdim. Bu gün məni bağışlayın" sözlərini deyib.