60-cı illərin “Byrds and Crosby, Stills & Nash” rok qruplarının yaradıcılarından biri, amerikalı müğənni, bəstəkar və gitaraçı Devid Krosbi 82 yaşında ABŞ-da vəfat edib. SİA xəbər verir ki, bu barədə "Variety" jurnalın məlumat yayıb.
Müvafiq məlumatı onun həyat yoldaşı da təsdiqləyib. O, Krosbinin uzun sürən xəstəlikdən sonra yaxınlarının əhatəsində dünyasını dəyişdiyini açıqlayıb.
"Onun insanpərvərliyi və mehriban ruhu bizə yol göstərməkdə və ruhlandırmaqda davam edəcək. Onun irsi əfsanəvi musiqisi ilə yaşayacaq... Biz onun üçün çox darıxacağıq", - xanımı qeyd edib.