Puqaçova 300 min avroya Belarusda toya çağırılıb?

20 Yanvar 2023 18:25 (UTC+04:00)

Alla Puqaçovanın konsert direktoru Yelena Çuprakova 300 000 avro məbləğində pulu eşidəndən sonra müğənni və əri, yumorist Maksim Qalkinlə Belarusdakı çıxışı müzakirə etməyə razılaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rus saytları yazırlar.

Amma bilmək olmur, ruslar Puqaçova ilə “məzələnirlər” yoxsa...

Çünki rusiyalı müğənni ilə əlaqə saxlayan “Abzas” Telegram kanalının əməkdaşları olublar. Belə ki, onlar Belarus oliqarxları adından Çuprakovaya zəng edərək Puqaçovanı toyda çıxış etməyə dəvət etməyə çalışıblar. Müğənninin konsert direktoru isə Primadonnanın yaxın gələcəkdə harasa getməyə hazır olmadığını bildirib.

Maraqlıdır ki, bundan sonra media nümayəndələri Çuprakovadan Allanın əri, yumorist Maksim Qalkinin (Rusiya Federasiyasında xarici agent kimi tanınır-A.B.) xidmətləri ilə maraqlanıblar.

Müğənninin nümayəndəsi dəvət edən tərəfin nə qədər pulunun olduğunu soruşub. 300 min avro qonorar elan edildikdən sonra konsert direktoru komediya ustası ilə danışmağa söz verdi.

Maraqlıdır, görəsən, belaruslar rusların tapşırıqlarını yerinə yetirmirlər ki?

Nazlı Almuradova