İngiltərə kralı III Çarlzın birinci həyat yoldaşı Şahzadə Diananın “Attallah Xaç” boyunbağısı satılıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, "Sotheby's" hərrac evi tərəfindən satışa təqdim edilən boyunbağı Amerikalı Şou ulduzu Kardaşyan tərəfindən satın alınıb.
“Attallah Xaç” 197 min 453 dollara satılıb.
Qeyd edək ki, Kardaşyan daha əvvəl Elizabeth Taylor və Jacqueline Kennedy Onassis kimi məşhur simaların zinət əşyalarını satın alıb.