MEDİA-nın kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar 2023 16:24 (UTC+04:00)

Medianın İnkişafı Agentliyinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Bu barədə Medianın İnkişafı Agentliyinin mətbuat xidmətindən SİA-ya məlumat verilib. Ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə qərənfillər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.