TƏBİB heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20 Yanvar 2023 13:42 (UTC+04:00)

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, struktur bölmə rəhbərləri və tabeli tibb müəssisələrinin rəhbər heyətinin iştiraki ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub. SİA xəbər verir ki, Vətənimizin azadlığı uğrunda qəhrəmanlıq göstərmiş şəhidlərimizin müqəddəs ruhları yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.