"WhatsApp"-a səsli status paylaşma xüsusiyyəti gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yenilik səs yazmaqla "WhatsApp" statusu vasitəsilə paylaşmağa imkan verir. Bu səslər 30 saniyəyə qədər paylaşılır.
Səsli yazıları status yeniləməsinin aşağı sağ küncündə yerləşəcək. Bundan əlavə, istifadəçilər paylaşmadan əvvəl səsli yazısını dinləyə biləcək və bu yolla paylaşmalarına nəzarət edəcəklər.