ABŞ Ukraynaya 2,5 milyardlıq hərbi yardım edəcək

20 Yanvar 2023 10:28 (UTC+04:00)

ABŞ administrasiyası ordu inventarından Ukraynaya 2,5 milyard dollarlıq əlavə hərbi yardım ediləcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken verdiyi yazılı açıqlamada yeni yardım paketi ilə rəhbərliyin 30-cu dəfə Amerika ordusunun inventarından Ukraynaya silah və texnika təmin etdiyini bildirib.