Qadın soyuq suyla yuyaraq işgəncə verdi

20 Yanvar 2023 09:23 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında baş verən hadisə insanlar tərəfindən böyük qınaqla qarşılanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, incəsənət qalereyasının sahibi 71 yaşlı kişi evsiz qadına qalereyasının qarşısında şlanqla isladaraq işgəncə verib. Həmin anın görüntüləri sosial şəbəkədə gündəm olub. Baş verən hadisəyə görə həmin şəxs polislər tərəfindən saxlanılaraq, cəza verilib.