“Sevda mecburi istikamet” adlı türk filminin qala gecəsi olub - FOTOLAR

20 Yanvar 2023 05:51 (UTC+04:00)

Bakıda Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin dəstəyi ilə "Park Cinema Flame Towers”də “Sevda mecburi istikamet” adlı türk filminin qala gecəsi baş tutub. SİA xəbər verir ki, filmin baş qəhrəmanı, aktyor Selçuk Yöntem təəssüratlarını bölüşüb.

"Filmimizi sizinlə paylaşmaq istədik. Xoş gəldiniz", - o deyib.

Aktrisa Selin Şekerci isə ölkəmizdə xoş qarşılandığını bildirib: "Bakıya gələndə özümü öz ölkəmizə gəlmiş kimi hiss edirəm. Ümid edirəm ki, filmimizi bəyənərsiniz. Bizim üçün çox dəyərlidir".

Aktyor Kubilay Aka isə ölkəmizə ilk dəfə gəldiyini söyləyib: "Burada özümüzü başqa ölkəyə deyil, başqa şəhərə gəldiyimiz kimi hiss edirik. Qala gecəsində sizlərlə olmaq çox gözəldir, yaxşı ki, gəldiniz. Yaxşı ki, sizinlə birlikdəyik. Çox sağ olun".

Qeyd edək ki, “Sevda Mecburi İstikamet” filmi yarımçıq qalan hekayəsini tamamlamaq üçün qızı ilə səyahətə çıxan məşhur aktyorun hekayəsindən bəhs edir. “Yeşilçam”ın uğurlu aktyorlarından olan Selim film çəkilişləri zamanı tanış olduğu Sevda ilə eşq yaşayır.

Cütlüyün münasibəti tezliklə evliliyə çevrilir və Suna adlı qızları doğulur. Həyatlarında hər şey yolunda getdiyi anda Sunaya autizm diaqnozu qoyulur. Tamamilə işinə qərq olmuş Səlimin həyatı Sevdanın xəstəlik xəbərini alanda dəyişir. Sevdanın ölümü ilə Səlim hər şeyi tərk edir və hekayəsini artıq yetkin olan qızı Suna ilə tamamlamağa çalışır.