Məşhur hind aktyoru Messi və Ronaldu ilə görüşdü

20 Yanvar 2023 02:25 (UTC+04:00)

Tanınmış hind aktyoru Amitabh Baççan Səudiyyə Ərəbistanın “Əl-Nəsr” və “Əl-Hilal” klublarının oyunçularından ibarət komanda ilə Fransanın PSJ klubu arasında keçirilən yoldaşlıq oyununa qatılıb. SİA xəbər verir ki, kino ulduzu matçdan öncə oyunun keçirildiyi Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda meydançaya çıxaraq futbolçularla görüşüb.

Onu sahədə Paris klubunun sahibi Nasser əl Xəlaifi müşayət edib.