Dünyanın ən çox bağlantılı hava limanları

19 Yanvar 2023 20:28 (UTC+04:00)

İstanbul Hava Limanı “Dünyanın ən çox bağlantılı hava limanları” arasında ikinci yerdədir.

İstanbul Hava Limanı operatoru İGA-nın verdiyi məlumata görə, “Cirium”un "Dünyanın ən bağlantılı hava limanları" siyahısı açıqlanıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

“Lufthansa”nın Almaniyadakı əsas mərkəzi olan Frankfurt Hava Limanı 330 istiqamətə əlaqə ilə birinci,

İstanbul Hava Limanı 309 istiqamətə nəqliyyatı ilə ikinci,

Fransanın paytaxtı Parisdəki Şarl de Qoll (Charles De Gaulle) hava limanı isə 308 istiqamətə uçuşla üçüncü,

Siyahıya əsasən, Amsterdamın “Schiphol” hava limanı dördüncü,

ABŞ-dan “Chicago O'Hare” hava limanı beşinci,

ABŞ-dan “Dallas-Fort Wort” hava limanı altıncı,

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Beynəlxalq Hava Limanı yeddinci,

İngiltərənin paytaxtı Londondakı Hitrou (Heathrow) hava limanı səkkizinci,

İtaliyanın paytaxtı Romadakı “Fiumicino” beynəlxalq hava limanı doqquzuncu və

ABŞ-ın Denver hava limanı onuncu yerdə olub.