Peskov jurnalistlәrin suallarını cavablandırıb

19 Yanvar 2023 18:12 (UTC+04:00)

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bəyan edib ki, Ukrayna tələblərini nə qədər tez qəbul etsə, münaqişə bir o qədər tez sona çatacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, paytaxt Moskvada jurnalistlərin suallarını cavablandıran Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinin sağ olmasına şübhə ilə yanaşmasına münasibət bildirib.
Dmitri Peskov vurğulayıb ki, Kiyev administrasiyası Rusiya və Putinin mövcudluğunu qəbul etməlidir.

Dmitri Peskov deyib: “Ukrayna Rusiya və Putinin mövcud olduğunu və gələcəkdə də olacağını nə qədər tez dərk etsə, Ukrayna üçün bir o qədər yaxşı olacaq''.

Qərb ölkələrinin Ukraynaya Rusiya ərazisinə hücum etməsinə imkan verəcək mümkün silah tədarükünə toxunan Dmitri Peskov bunun münaqişələri yeni səviyyəyə çqaldıracağını qeyd edib.
Ruriya Prezidentinin sözçüsü Dmitri Peskov Putinin pravoslavların qeyd etdiyi Epifani bayramı çərçivəsində Moskvada soyuq suya girdiyini, lakin heç bir foto və ya video paylaşılmayacağını bildirib.