U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Cüdo federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qurum tərəfindən bildirilib ki, yarışda 2006-2008-ci il təvəllüdlü qızlar və oğlanlar mübarizə aparacaq. Yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək. Birincilik 24-26 yanvar tarixlərində baş tutacaq.