20 yanvar qurbanlarının xatirəsinə həsr edilmiş foto sərgi təşkil edilib

19 Yanvar 2023 11:32 (UTC+04:00)

Cari ilin 18 yanvar tarixində Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində 20 yanvar qurbanlarının xatirəsinə həsr edilmiş foto sərgi təşkil edilmişdi. Bu barədə SİA-ya Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyindən məlumat verilib.

Tədbirə qatılan Azərbaycan icması, yerli mətbuat və ölkədə akkreditə olan diplomatik korpusunun nümayəndələri, Misir ziyalıları qarşısında çıxış edən səfir Elxan Poluxov bu faciəqurbanlarının əziz xatirələrini bir dəqiqəlik sükut ilə yad etdikdən sonra, yanvar hadisələri və onun gedişatı haqqındaqonaqlara ətraflı məlumat verərək, bu hadisənin müasir Azərbaycan tarixində “Qara Yanvar” kimi daxil olduğunu qeyd etmişdir.

Qanlı Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyi söylənilmişdir. Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək bu vəhşiliyi kəskin şəkildə pisləmiş, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir. Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edildiyi qonaqların nəzərinə çatdırılmışdır.

Hər il olduğu kimi, Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva, bütün ölkə rəhbərliyi və yüz milərlə insanlarla birlikdə Şəhidlər Xiyabanını ziyarət edərək, 20 yanvar qurbanlarının əziz xatirəsini yad edərək, bununla bu hadisənin ölkəmizin tarixinə qanlı həriflərlə yazıldığını və xalqın xatirəsindən pozulmadığını bütün dünyaya nümayiş etdikləri vurğulanmışdır.

Sonda səfir E.Poluxov tədbirə qoşulduqları və xalqımızın kədərinə şərik olduqlarına görə qonaqlara öz dərin təşəkkürünü ifadə edərək, Qara Yanvar hadisələrinə həsr edilmiş Misirli yazıçı və jurnalistlərə dərc etdiklərimaarifləndiriçi məlumatlara görə xüsusi təşəkkürünü bildirmişdir.

Tədbir çərçivəsində, fotosərgi ilə yanaşı, qonaqlara 20 yanvar hadisələrinə həsr edilmiş video çarxlar nümayiş etdirilmiş, ərəb dilində nəşr olunmuş kitablar paylanılmışdır.