Qrenlandiyada havanın temperaturu təhlükəlidir

19 Yanvar 2023 10:37 (UTC+04:00)

Yeni araşdırma Qrenlandiyanın bəzi bölgələrində havanın temperaturunun son 1000 ildə ən yüksək həddə çatdığını ortaya çıxarıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qrenlandiyanın şimal hissəsində temperaturun 20-ci əsrlə müqayisədə 1,5 dərəcə artdığı və termometrlərin son 1000 ilin ən yüksək temperaturunu ölçdüyü bildirilib.

Alimlər buz təbəqələrindən və buz nüvələrindən nümunələri tədqiq edərək müəyyən ediblər ki, temperatur 1995-ci ildən bəri sürətlə artıb.