Məşhur reper “Avroviziya-2023" ilə bağlı paylaşım edib - FOTO

19 Yanvar 2023 01:41 (UTC+04:00)

Türkiyənin “Ezhel” ləqəbli məşhur reperi Sercan İpekçioğlu “Avroviziya-2023” mahnı müsabiqəsi ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, reper tviter hesabında etdiyi paylaşımda müsabiqədə birinciliyə iddialı olduğunu bildirib.

“Birinci yerə söz verirəm”, - deyə Ezhel vurğulayıb.

Qeyd edək ki, Türkiyə “Avroviziya” mahnı müsabiqəsinə 2012-ci ildən qatılmır. Qardaş ölkənin növbəti müsabiqədə iştirak edib-etməyəcəyi də hələlik bəlli deyil. Bu səbəbdən reperin paylaşımı maraq doğurub.

Xatırladaq ki, Türkiyə ilk dəfə 1975-ci ildə müsabiqəyə qatılıb və ümumilikdə 34 yarışmada iştirak edib.