Türkiyənin sıfır tullantıdakı rolu

18 Yanvar 2023 18:23 (UTC+04:00)

Avropa İttifaqı (Aİ), Fransa, İrlandiya və İsrailin Türkiyədəki səfirləri Türkiyənin sıfır tullantı siyasətinin həm Türkiyə, həm də dünya üçün əhəmiyyətli olduğunu vurğulayıblar. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Yanvarın 17-də Aİ-nin Türkiyədəki nümayəndəliyinin rəhbəri səfir Meyer-Landrut paytaxt Ankaradakı Prezident İqamətgahında səfirlər və onların həyat yoldaşları üçün təşkil edilən “Ortaq Evimizdə Dünya üçün Sıfır Tullantı” proqramında iştirak edib. Səfir Landrut Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın “Sıfır tullantı siyasətinin həm Türkiyə, həm də dünya üçün əhəmiyyətli olduğunu ifadə edərək, israfçılığın azaldılması layihəsinin bir parçası olmaqdan xoşbəxt olduqlarını ifadə edib.

Tullantılara nəzarətin təmin edilməsinin vacibliyini qeyd edən Meyer-Landrut bunun mühüm əməkdaşlıq sahələrindən biri olduğunu və Türkiyənin həyata keçirdiyi çox mühüm siyasət olduğunu bildirib.

Fransanın Ankaradakı səfiri Herve Maqro isə tullantılarla birlikdə mübarizə aparılmalı olduğunu bildirib.

"Təəssüf ki, bu məsələlər gələcək illərdə də davam edəcək. Cənab prezidentin xanımının (Əminə Ərdoğan) təşəbbüsü də çox vacibdir. Lakin bu məsələ ilə ölkələr təkbaşına mübarizə aparmamalıdır", -deyə səfir Maqro qeyd edib.

İrlandiyanın Ankaradakı səfiri Sonya MaykGuinness də sözügedən layihənin çox dəqiq olduğunu və Əminə Ərdoğanın hər bir insanı, evi və hökumətin sıfır tullantı siyasətini birləşdirdiyini söyləyib.

MaykGuinness Türkiyənin sıfır tullantıya dair təşəbbüsləri üçün, "Türkiyənin bölgədə bu sahədə mühüm rolu var. Bütün görülən işlər uşaqların gələcəyinə təsir edir" ifadəsini işlədib.

İsrailin Ankaradakı səfiri İrit Lillian da tullantı probleminin dünyanın ən ciddi problemlərindən biri olduğuna diqqət çəkərək, bu proqramın bütün qüvvələri birləşdirmək və sıfır tullantı hədəfinə nail olmaq üçün əla təşəbbüs olduğunu qeyd edib.

Əsas məqsədin ümumi gücdən istifadə etmək və dünyanı daha yaxşı və təmiz hala gətirmək olduğuna işarə edən Lillian "Biz hər zaman əməkdaşlığa hazırıq. Türkiyə israfçılığa yol verməməkdə güclüdür" deyib.