“Davos Forumu siyasi məsələlərin müzakirə olunduğu platformaya çevrilib" - DEPUTAT DANIŞDI

18 Yanvar 2023 16:36 (UTC+04:00)

“Davos Dünya İqtisadi Forumu əksər hallarda iqtisadi məsələlərlə yanaşı, həm də mühüm siyasi məsələlərin müzakirə olunduğu platformaya çevrilib. Qeyd etmək lazımdır ki, bu platforma çərçivəsində dünyanın siyasi, iqtisadi müstəvisində aparıcı insanların iştirakı baş tutur. Təbii ki, bu təmaslar həm iqtisadi-ticari əlaqələrin qurulması baxımından, həm də dövlətlərarası siyasi məsələlərin tənzimlənməsi, inkişaf etdirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev bir qayda olaraq Davos Dünya İqtisadi Forumunda iştirak edir və bu platformanı Azərbaycan dövlətinin milli maraqları istiqamətində böyük uğurlar istifadə edir. Hesab edirəm ki, ölkə Prezidentinin bu dəfəki səfəri çərçivəsində də həm siyasi simalarla, həm də iqtisadi sahədə fəaliyyət göstərən simalarla həyata keçirdiyi görüşlər Azərbaycanın beynəxalq iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edəcək.

Davos forumu çərçivəsində ölkə Prezidenti bir çox ölkələrin rəhbərləri, siyasi simalar və böyük şirkətlərin rəhbərləri və təmsilçiləri ilə mühüm görüşlər keçirib. Azərbaycan hazırda daha böyük imkanlarla iqtisadi əməkdaşlıqda iştirak etmək imkanlarına malikdir. Hər il olduğu kimi cənab Prezident yenə də Davos iqtisadi forumunu əlaqələrimizin genişləndirilməsi, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından səmərəli istifadə etməkdədir”.