Dünya sakinlərinin yalnız 1 faizi 2020-ci ildən bəri dünyanın qalan hissəsinə nisbətən təxminən iki dəfə çox pul yığıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Oxfam” təşkilatının hesabatında deyilir.
Ekspertlərin fikrincə, iki il ərzində ən varlılar 26 trilyon dollar qazanıblar. Qlobal rəqəm 42 trilyon dollar artıb. Beləliklə, əhalinin yerdə qalan 99 faizi 16 trilyon dollar toplayıb.
Hesabata görə, milyarderlərin sərvəti 2022-ci ildə qida sənayesi və energetikadan əldə edilən gəlirlərin sürətli artımı səbəbindən kəskin artıb. Beləliklə, 95 qida və enerji korporasiyası mənfəətlərini iki dəfə artırıb.
Bir gündə, analitiklərin fikrincə, ən varlı insanların ümumi sərvəti 2,7 milyard dollar artıb. “Oxfam” multimilyonerlər və milyarderlər üçün 5 faizə qədər verginin tətbiqinin bəşəriyyətə ildə 1,7 trilyon dollar gətirə biləcəyini qeyd edib. Maraqlıdır ki, bu məbləğ 2 milyard insanı yoxsulluqdan çıxarmağa kifayət edərdi.
Ağasəf Babayev