Rejissor Burak Çevikin “Unutma biçimləri” filminin dünya premyerası 16-26 fevral tarixləri arasında Almaniyada keçiriləcək 73-cü Berlin Film Festivalının “Forum” bölməsində olacaq.
SİA bu barədə Tükiyə saytlarına istinad edir.
14 il əvvəl ayrılan və illər sonra yenidən bir araya gələn cütlüyün hekayəsindən bəhs edən və ssenari müəllifi Burak Çevik, Uçarlar və Şenocak olan filmdə baş rolları Nəsrin Uçarlar və Ərdem Şənocak paylaşıb.