Oftalmoloq Paşa Qəlbinurun SİA-ya verdiyi müsahibəni təqdim edirik:
- Göz təzyiqi nədir ?
- Bu xəstəliyə el arasında “qara su” xəstəliyi deyilir və ümumiyyətlə arzuolunmaz xəstəlikdir. Çünki müalicəyə çox çətin tabe olur. Eyni zamanda bu xəstəlik nəticəsində görmə itiliyinin tam bərpa olunması mümkünsüzdür. Buna görə də diaqnoz nə qədər tez qoyularsa və müalicəyə başlanılarsa, öz nəticələrini də daha tez göstərər. Əvvəllər bu xəstəliyin müalicəsi demək olar ki, yox idi. İndi isə göz təzyiqini aşağı salmaq üçün dərmanlar və bir çox başqa üsul və vasitələr inkişaf etdirilərək daha da inkişaf edib.
- Göz təzyiqi korkuğa səbəb ola bilər?
- Hər hansı bir başqa fəsad kimi göz təzyiqi də korluğa səbəb ola bilər. Buna görə də mütləqdir ki, həkim zamanında və düzgün müalicə tətbiq etsin.
- Göz təzyiqi yaş ilə bağlıdır ?
- Göz təzyiqinin yaranmasının anadangəlmə, irsi və s. bu kimi bir çox səbəbləri ola bilər. Eyni zamanda müəyyən xarici təsirlər nəticəsində gözün zədələnməsi də göz təzyiqinin yaranmasına səbəb olaraq göstərilə bilər.
- Göz təzyiqinin fəsadları insan orqanizmində özünü necə göstərir ?
- Başlanğıc dövründə görmədə dumanlama hiss olunur. İşıq mənbələrinə baxdıqda rəngli dairələr görünür. Eyni zamanda gözün nisbi olaraq zəifləməsi prosesi də gedir. Ümumiyyətlə göz bizim ən dəyərli orqanımızdır. Bu səbəbdən də onu qorumalıyıq və ən kiçik problemdə belə həkimə müraciət etməliyik.