“WhatsApp”ın yeni funksiyası nə olacaq?

17 Yanvar 2023 16:56 (UTC+04:00)

“WhatsApp” mesencerində “Android” istifadəçiləri üçün yeni funksiya işə salınacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, artıq istifadəçilər onları narahat edən və yaxud naməlum nömrələri daha sürətlə blok etmək imkanına sahib olacaqlar. Belə ki, bu funksiyadan birbaşa olaraq çat siyahısında istifadə etmək mümkün olacaq.

Qeyd edilir ki, blok düyməsi naməlum və etibarsız nömrələrdən mesajlar gəldikdə ekrana çıxacaq. Hazırda yeni funksiya üzərində işlər davam etdirilir və tətbiqetmənin növbəti yenilənmələrində işə salınacaq.