Çinin əhalisi 2022-ci ildə 850.000 nəfər azalaraq, 1961-ci ildən bəri ilk dəfə azalıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Çin Milli Statistika Bürosunun açıqladığı hesabatda qeyd edilib.
"Ötən il əhalinin sayı 2021-ci illə müqayisədə 850 min nəfər azalaraq 1 milyard 411 milyon 750 min nəfər təşkil edib. 2022-ci ildə yeni doğulanların sayı 9,56 milyon, ölənlərin sayı isə 10,41 milyon nəfər olub", - hesabatda deyilir.
Bununla da Çinin “ən qələbəlik ölkə” titulunu Hindistana itirəcəyi dəqiq hesab edilir.
Çində bir uşaq məhdudiyyəti əvvəlki illərdə ləğv olunsa da, ailələr yaşayış xərcləri kimi səbəblərə görə yeni uşaq sahibi olmaqdan imtina edirlər.
Çin Milli Statistika Bürosunun açıqladığı məlumatlar Çin iqtisadiyyatının da gerilədiyinə diqqət çəkib.
Buna görə, Çin iqtisadiyyatı 2022-ci ildə 3 faiz artıb. Artım illik 5,5 faizlik hədəfdən geri qalıb.
Çin yeni növ koronavirus (Covid-19) epidemiyasının başlaması ilə 2020-ci ildə 2,8 faiz inkişaf edib.
Keçən il ölkədə ciddi şəkildə həyata keçirilən “sıfır yoluxma” siyasəti iqtisadi fəaliyyətləri dalana dirəyib.