Bu barədə Fraport TAV Antalya Hava Limanından məlumat yayılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bildilib ki, cari ilin ilk 15 günündə Antalya Hava limanına enən 1135 sərnişin təyyarə ilə 118 min 762 turist gəlib.
Bu da ötən ilin müvafiq dövrünə müqayisədə gələn turist sayında 61,65% faiz artım olduğunu göstərir.
Şəhərə gələn turistlər arasında say baxımından Rusların (36 min 83 nəfər) ilk sırda iştirak etdiyi ifadə edilən açıqlamada bu ölkəni 31 min 590 nəfərlə Almanlar, 9 min 920 ilə İngilislər və 6 min 625 nəfərlə İsrailli turistlər izləyib.