Minadan təmizlənən ərazilərin sahəsi AÇIQLANDI

16 Yanvar 2023 15:52 (UTC+04:00)

Ötən həftə Qarabağ və Şərqi Zəngəzurda 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. SİA xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, yanvarın 9-dan 14-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 1 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.