Cəfər Cabbarlının Ev-Muzeyində bərpa işləri başa çatdırılıb

16 Yanvar 2023 10:06 (UTC+04:00)

Cəfər Cabbarlının Ev-Muzeyinin dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.

Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirlib ki, nazirlik tərəfindən dərhal verilən tapşırığa əsasən, yanvarın 15-də muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.

Qeyd edək ki, yanvarın 13-də günün ikinci yarısında güclü külək Xızı rayonunda Cəfər Cabbarlının Ev-Muzeyinin dam örtüyünün bir hissəsini uçurtmuş, həmçinin muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətləri sıradan çıxarmışdı.