SSRİ-nin ən prestijli avtomobil markalarının adını “Köhnə Moskva Telegram” kanalında internet istifadəçiləri çəkib. Müzakirə qrupda dərc olunan sovet məmurlarının avtomobillərinin fotoşəkili səbəbindən yaranıb.
Şərhçilər xatırladıblar ki, SSRİ-də varlı adamlar ZİL, Çayka və Volqa avtomobillərini idarə edirdilər, birincisi daha elit sayılırdı.
“Məmurlar üçün - “Volqa”. ZIL isə səma cisimləri üçündür” . Qeyd edək ki, şəkillərə istifadəçilərdən biri belə izahat verib
İzləyicilər onu da qeyd ediblər ki, yüksək rütbəli dövlət qulluqçuları, bir qayda olaraq, özləri maşın sürməyib, sürücülərin xidmətindən istifadə ediblər. İstifadəçilərin fikrincə, bahalı avtomobillərə Moskvanın mərkəzində, Kremlin yaxınlığında və Lubyankada DTK rəhbərliyinin binasında rast gəlmək mümkün olub.
Xatırladaq ki, bir müddət bundan əvvəl şəbəkə SSRİ-də tıxacların olmaması ilə bağlı yazı vermişdi. İstifadəçilərin fikrincə, sovet dövründə moskvalıların təxminən eyni vaxtda toplaşa biləcəkləri o qədər çox daça və bağ evləri yox idi. Bundan əlavə, şəhərin əhalisi daha az idi.
Nazlı Almuradova