Balaca uşaq paltaryuyan maşının içərisindən ölü tapılıb

14 Yanvar 2023 15:40 (UTC+04:00)

Fransanın paytaxtı Parisdə hər kəsi şoka salan bir hadisə yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Parisdə evdə nahar edən ailənin qızları qəfildən yoxa çıxıblar. Evdə qızını axtarmağa başlayan ata paltaryuyan maşına baxaraq həyatını qaranlıq bir yerə çevirib. Belə ki, balaca qızcığaz aparatın içərisində tapılsa da, uzun müddət nəfəssiz qaldıqdan sonra dünyasını dəyişib.