Üz dərinizi 10 saniyədə cavanlaşdıran üsul

14 Yanvar 2023 13:03 (UTC+04:00)

Demək olar ki, hər kəs yaşından cavan görünmək istəyir. Bunun üçün də bir sıra üsullar tətbiq edərək cavan görməyini təmin edir. Lakin bir üsul var ki, siz bunu edərək həm büdcənizə qənaet etmiş olursunuz, həm daha dərinizin daha cavan və təravətli görünməsini həyata keçirdirsiniz. SİA sizə həmin üsulu təqdim edir.

Bu üsul buz rutini adlanır. Siz üz dərinizə buzu tətbiq edərək sizi narahat edən bir çox halların qarşısını almış olacaqsınız. Bunun üçün bir qab su götürün və həmin suyu buz qablarına boşaldın. Həmin suyun buz olması üçün gözləyin və daha sonra buzu əlinizə alıb göz ətraflarınıza, üzünüzə çəkməyə başlayın. Bu üsul sizə bir çox hallarda müsbət təsir edəcək:

1)Xüsusilə göz ətrafındakı şişkinliyi aradan qaldırır

2)Yağlı dərini azaldır

3)Sızanaqları aradan qaldırır

4)Günəş yanığını aradan qaldırır

5) şişkinliyi və iltihabı azaldır

6)Qırışlar kimi qocalma əlamətlərini azaldır

7)Dərinin sağlam parıltısını artırır