Güvə Lepidoptera dəstəsindən olan kəpənək növlərinə verilən ümumi addır. Onların xalq arasında buğda, parça, taxta və paxlalı kimi şeylərlə yoluxduğu məlumdur. Evə açıq pəncərə və qapılardan girə bilən güvələr də digər böcək növləri kimi havasız, qapalı və qaranlıq mühitləri sevirlər. Bəs, xüsusilə mətbəxlərdə güvə hücumuna məruz qaldıqda hansı üsullardan istifadə etməliyik? SİA sizə onlardan qurtulmağın yollarını açıqlayacaq.
İlk növbədə, əgər güvələr mətbəxdə və şkaflardadırsa və evin hər tərəfinə yayılmışdırsa, sirkəli su hazırlamağa başlayın. Mətbəx və qarderobları tamamilə boşaltdıqdan sonra 1 stəkan sirkə və 2 stəkan suyu qarışdırın. Bu qarışıqla şkafların içini ətraflı şəkildə silin. Şkafdakı paltarları paltaryuyan maşında, stəkanı və boşqabları isə qabyuyan maşında yuyun. Şkafları sildikdən sonra qurutmağı unutmayın. İstəyirsinizsə, quruması üçün onları bir müddət açıq qoya bilərsiniz. Kabinetlər quruyarkən döşəmələri süpürün və silin. Beləcə yerə düşmüş güvələri asanlıqla təmizləyə bilərsiniz. Sonra paxlalılarınızın qabını dəyişməyə başlayın.