Bəzi qidaları qəbul etdikdən sonra bir sıra dərmanları qəbul etmək olmaz. Bəs həmin qidalar hansılardır? SİA həmin qidaları sizə təqdim edir.
1. Banan və təzyiq dərmanı.
Qan təzyiqi dərmanları bədəninizdə kalium miqdarını artırır. Normalda faydalı olan kalium həddindən artıq qəbul edildikdə ürək problemləri yarana bilər. Banan yedikdən sonra isə təzyiq dərmanı qəbul etmək olmaz.
2. Qreyfurt və xolestren dərmanı.
Qreyfurt qan dövranınızda xolestreni artırır. Məhz bu səbəbdən qrefurtla qidalandığınız zaman bu kimi dərmanlar qəbul etməniz tövsiyyə olunmur.
3. Zoğal şirəsi və qan durulaşdırıcı dərman.
Qan durulaşdırıcı vasitələrdən istifadə edərkən zoğal şirəsi içən xəstələrin qanının əlavə durulduğu və bunun təhlükəli fəsadlara yol açdığı müşahidə edilib.
4. Süd və süd məhsulları ilə antibiotik tərkibli dərmanlar.
Süd və süd məhsullarında olan kalsium antibiotiklərin udulmasını azalda bilər ki, bu da antibiotiklərin təsirini məhv edə bilər. Buna görə də antibiotiklər süd və süd məhsullarını qəbul etdikdən 1-2 saat sonra qəbul edilməlidir.