Amerika Birləşmiş Ştatları Aerokosmik Agentliyinin (NASA) rəsmilərinə görə komet ilk dəfə martda Yupiterin orbitində olarkən aşkar edilib.
SİA-nın yerli mənbələrə istinadən əldə etdiyi məlumata görə, komet fevralın 2-də Yerə ən yaxın məsafədə olacaq. Yanvarda Şimal yarımkürəsində, fevralda isə Cənub yarımkürəsində müşahidə oluna biləcək.
Astronomiya ilə bağlı araşdırmalara diqqət yetirən Planetlər Cəmiyyətinə görə kometanın Günəş ətrafında fırlanması təxminən 50 min il davam edir.