Çin kosmosa “APSTAR-6E” rabitə peykini buraxıb

13 Yanvar 2023 18:09 (UTC+04:00)

Çin kosmosa “APSTAR-6E” rabitə peykini buraxıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, peyk Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən "Long March 2C" raketi ilə fırladılıb.

Peyk Cənub-Şərqi Asiya regionuna yüksək ötürmə qabiliyyətinə malik kommunikasiya xidmətləri göstərəcək.

Fırlatma "Long March" raketləri ilə həyata keçirilən 460-cı daşıyıcı missiyası idi.