Məktəblərdə qış tətilinin vaxtı açıqlanıb

13 Yanvar 2023 16:51 (UTC+04:00)

Azərbaycanda məktəblilər üçün 27-31 yanvar tarixlərində qış tətili olacaq.

SİA-nın məlumatına görə, bu barədə məlumat "Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında" Azərbaycan Respublikası təhsil nazirinin əmrində öz əksini tapıb.

Qeyd edilib ki, dərs ili ərzində 5 gün payız (16-20 noyabr), 5 gün qış (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz (1-5 may) tətili müəyyən edilib.