"Onların yeganə çıxış yolu..." - MİLLƏT VƏKİLİ DANIŞDI

13 Yanvar 2023 12:32 (UTC+04:00)

“Laçın-Xankəndi yolunda Azərbaycan cəmiyyətinin təmsilçiləri tərəfindən aksiyanın keçirilməsi tariximizin ən şanlı səhifələrindən biridir. Ordumuz 44 günlük müharibə ərzində torpaqlarımızı işğaldan azad edərək, üzərinə düşən vəzifəni yerinə yetirdilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

Millət vəkili qeyd edib ki, bu gündə onlar öz vəzifələrini yerinə yetirməkdədirlər: “Həmçinin şanlı ordumuz elə bir vəziyyədədir ki, onlar anti-terror əməliyyatını da həyata keçir bilərlər. İndi isə cəmiyyətin başqa təbəqələri, o cümlədən bütün dünyada geniş praktika alan vətəndaş cəmiyyətinin üzvlərinin etirazı da yerinə düşür. Çünki Ermənistanın işğalçı rejiminin dəstəyi ilə o cümlədən Rusiyadan qaçan və yaxud Rusiyanın tərəfindən göndərilən Ruben Vardaniyanın özünü dövlət katibi elan edərək milyardlarını Azərbaycanın təbii ehtiyatları vasitəsi ilə artırmaq istəyir. Bunu edərək Azərbaycanın təbii sərvətinə, Qarabağın fauna və florasına, suyuna eyni zamanda bitkisinə çox ciddi şəkildə ziyan verirlər.

30 il ərzində Qarabağı xarabalığa çeviriblər indi də onlar orada əbədi qalmayacaqlarını artıq bildikləri üçün tez bir zamanda orada olan sərvətləri talamaq istəyirlər. Məhz bunun üçün vətəndaş cəmiyyətinin təmsilçilərinin həyata keçirdikləri bu aksiyanı dəstəkləyirəm. Bu aksiya davam etməlidir, onların tələbləri həyata keçirilənə qədər də oradan getmək olmaz. Mən gözləyirəm ki, orada olan vətəndaş cəmiyyətinin təmsilçilərinin sayı getdikcə artacaq.

Ermənistan tərəfinin və orada olan separatçı rejimin, onlara rəhbərlik edən Robert Köçəryanın “120 min erməni humanitar böhran içərisindədir” kimi dediyi ifadələri böyük bir yalandan ibarətdir. Ermənistanın hakim partiyasının deputatı orada cəmi 40 min erməni yaşadığını bildirdi. Lakin orada heç 40 min erməni yoxdur. Orada müəyyən monitorinqlər aparılır və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi orada 25 minə qədər erməni yaşayır. Bu baxımdan orada hər hansı bir humanitar böhranın yaranması barədə çıxan məlumatlar yalandır. Bütün dünyada bunun yalan olduğunu artıq anlamağa başlayıb. Hər gün oradan həm Qırmızı Xaçın, həm də rus sülh məramlılarının humanitar maşınları keçir. Bizim tərəfdən də həmin maşınların o yol üzərindən keçməsinə icazə verirlər. Artıq separatçı rejim öz silahını və həyata keçirtdiyi qanunsuzluqları aradan qaldırmalıdır. Qarşı tərəfin yeganə yolu oradakı separatçıların Azərbaycan cəmiyyətinə inteqrasiya etməsidir”.