Əməkdar jurnalist Akif Təvəkküloğlu yeni vəzifəyə təyin olunub

13 Yanvar 2023 11:42 (UTC+04:00)

Milli Məclisin keçmiş mətbuat katibi, Əməkdar jurnalist Akif Təvəkküloğlu yeni vəzifəyə təyin olunub. SİA xəbər verir ki, Akif Təvəkküloğlu Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Akif Təvəkküloğlu 2006-2020-ci illərdə Milli Məclisin mətbuat katibi vəzifəsində işləyib. Daha sonra Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinə rəis vəzifəsində çalışıb.

Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Orta məktəbi 1979-cu ildə bitirib. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub. 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışıb.

Jurnalist karyerasına 1991-ci ildə "Molla Nəsrəddin" jurnalından başlayıb. Daha sonra fəaliyyətini televiziyada davam etdirib və 2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb