Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukrayna böhranının mənşəyini "göstərib".
SİA xəbər verir ki, onun sözlərinə görə, onlar ABŞ-ın dünyanın jandarmı olmaq istəyində yatırlar.
Diplomat qeyd edib ki, Qərb nümayəndələri son vaxtlar beynəlxalq hüquq baxımından xüsusi hərbi əməliyyatın “Rubikon”a çevrildiyi tezisini irəli sürürlər ki, bu da dünyada indiyədək qeyri-qanuni heç bir hadisənin baş vermədiyi təəssüratını yarada bilər.
“Əlbəttə, belə deyil. Beynəlxalq hüquq bundan çox əvvəl dəfələrlə tapdalanıb. Amma bu Rusiya tərəfindən tapdalanmayıb”-deyə Nebenzya bildirib.
O əlavə edib ki, Ukrayna böhranının əsl mənşəyi Qərbin hətta dövlətin təhlükəsizliyindən danışanda başqalarının maraqlarını nəzərə almaq istəməməsində və dünya polisi rolunu oynamaq istəyindədir.
Nazlı Almuradova