"Astoria Grande" kruiz gəmisi Trabzon limanına gəlib

12 Yanvar 2023 20:27 (UTC+04:00)

Rusiyanın Soçi şəhərindən yola düşən və 502 turisti daşıyan gəmi Trabzon limanına gəlib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, “Astoria Grande” kruiz gəmisi ilə şəhərə gələn rusiyalı turistlər xalq rəqsləri komandasının çıxışı ilə qarşılanıb.

Bir müddət xalq rəqsləri komandasının çıxışına baxan turistlər şəhərin tarixi və turistik yerlərini görmək üçün limandan ayrılıblar.