“Neftçi” - “Xarı bülbül” oyunu təxirə salınıb

12 Yanvar 2023 14:54 (UTC+04:00)

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının II turunda bu gün keçirilməli olan “Neftçi” - “Xarı bülbül” oyunu təxirə salınıb. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, “Neftçi” voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına (AVF) bugünkü qarşılaşma ilə bağlı müraciət ünvanlayıb.

Müraciətdə komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar oyunun təxirə salınması xahiş olunub: "Komandamızın əksər oyunçuları hazırda ölkəmizdə geniş yayılmış qrip virusundan və yüksək hərarətdən əziyyət çəkirlər. Onlar artıq bir neçə gündür ki, məqşlərdə də iştirak edə bilmirlər. Bununla əlaqədar yanvarın 12-nə təyin olunmuş “Neftçi” - “Xarı bülbül” qarşılaşmasının vaxtının dəyişdirilməsini Sizdən xahiş edirik".

AVF rəhbərliyi vəziyyəti nəzərə alaraq bu gün saat 16:00-da keçirilməsi nəzərdə tutulan “Neftçi” - “Xarı bülbül” oyununu təxirə salıb. Həmin matçın keçiriləcəyi tarixlə bağlı yaxın günlərdə məlumat veriləcək.

Beləliklə, bu gün yalnız MOİK - "Murov" qarşılaşması baş tutacaq. Oyun saat 16:00-da start götürəcək və "CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.