İranda daha bir edam cəzası

12 Yanvar 2023 14:46 (UTC+04:00)

İranın keçmiş müdafiə nazirinin müavini Əlireza Əkbəri Britaniya adına casusluqda və İranın mühüm məlumatlarını xarici kəşfiyyat xidmətləri ilə qəsdən paylaşmaqda ittiham edilərək edam cəzasına məhkum edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər 2019-cu ildə İrana qarşı casusluq ittihamı ilə həbs edilən Əkbəri də Ali Apellyasiya Məhkəməsi rədd edib və Ali Məhkəmə onu qüvvədə saxlayıb.

İngiltərə xarici işlər naziri Ceyms Kleveri İranda İngiltərə adına casusluqda ittiham edilən keçmiş müdafiə nazirinin müavini Əli Rza Əkbərinin ölüm hökmünə münasibət bildirərək deyib: "Bu, insan həyatını heçə sayan vəhşi bir rejimin siyasi motivli hərəkətidir".

İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyi keçmiş müdafiə naziri Əkbərinin bir müddət əvvəl İngiltərə adına casusluq etdiyi üçün həbs olunduğunu açıqlayıb.

Bu prosesdə mühakimə olunaraq “casusluq” ittihamı ilə məhkəməyə verilən Əkbəri məhkəmə edam cəzasına məhkum edib. Təqsirləndirilən şəxsin qərara etirazından sonra ona Ali Məhkəmədə yenidən baxılıb və Ali Məhkəmə etirazı rədd edərək Əkbəri haqqında edam hökmünü qüvvədə saxlayıb.

İran Ali məkhəməsi Əkbərini “Gizli Kəşfiyyat Xidmətinin ən mühüm casuslarından biri, İranın strateji qurumları haqqında mühüm məlumatlar toplayan və topladığı məlumatları tam biliklə dəfələrlə Britaniya kəşfiyyatına təqdim edən” kimi təsvir edib.