"İstinadlarla bağlı məsələlər bizim üçün də önəmlidir". SİA xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib.
Onun sözlərinə görə, gələcəkdə medianın qarşısında duran əsas məsələlərdən biri də hər hansısa bir məsələyə istinad etməklə bağlıdır: "Təbii ki, burada hüquqi amilləri də mövcuddur. Jurnalist hər hansısa bir jurnalistin fərdi yazısına istinadən etmədən dərc edirsə, burada artıq həmin şəxsin özünün hüququnun pozulmasına gəlib çıxır".