"180 jurnalist, 150 media subyekti media reysterindən keçib"

12 Yanvar 2023 12:44 (UTC+04:00)

2 ay ərzində media reysterinə müraciətlərinin sayı 200-dür. SİA xəbər verir ki, bu sözləri Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib.

Onun sözlərinə görə, artıq onlardan 150 media subyekti bu prosesdən uğurla keçib. Həmçinin 180 nəfər jurnalist media reysterinə daxil olmuşdur.