Ötən il ərzində Media İnkişafı Agentliyi beynəlxalq aləmdə öz aktivliyini təmin edib. SİA xəbər verir ki, bunu Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib.
Qurum rəsmisi qeyd edib ki, Media İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında memorandumu imzalanmışdır. Həmçinin Agentlik ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.