Fransada naməlum şəxs insanlara hücum edib

11 Yanvar 2023 12:15 (UTC+04:00)

Fransada naməlum şəxs insanlara hücum edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Paris şəhərinin vağzalında baş verib.

Kimliyi məlum olmayan bir nəfər bıçaqla vağzaldakı sərnişinlərə xəsarət yetirib. Nəticədə 6 nəfər yaralanıb.

Hadisənin detalları araşdırılır.