"Xalqımız 20 yanvar faciəsindən alnıaçıq, üzüağ çıxdı" - MİLLƏT VƏKİLİ DANIŞDI

11 Yanvar 2023 11:42 (UTC+04:00)

“20 Yanvar faciəsinin biz artıq 32-ci ilinə qədəm qoyuruq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, 20 Yanvar Moskvanın azadlıq eşqində olan böyük bir xalqa cəzası idi: “Onun istiqlal savaşına mane olması idi. Bunların hər biri Azərbaycan xalqını cəzalandırmaq və o zamankı xalq hərəkatının aradan qaldırılmasına yönəlmişdir. Lakin dünyanın inkişafı və SSRİ-nin dağılma prosesi Azərbaycana xalqın azadlıq iradəsinə güc gələ bilmədi. 20 Yanvar azadlıq eşqi ilə alışan xalqı daha da alovlandırdı. Bu faciə Azərbaycan xalqını daha çox birləşdirdi. Milyonlarla insan 20 Yanvar dəfnində iştirak edərək, imperiyanı lənətlədi. Fikrimcə, 20 Yanvar şərəfli bir tarix idi. Mən xalqımla fəxr edirəm ki, 20 yanvarda alnıaçıq, üzüağ çıxdı. Təsadüfi deyil ki, 20 yanvar faciəsi günü xalqımız onları yada salır, ziyarət edir”.