Rəcəb Tayyib Ərdoğan müxalifətə müraciət ünvanlayıb

10 Yanvar 2023 17:17 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətə müraciət ünvanlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu barədə sahibkarlıqla bağlı tədbirdə çıxışında danışıb.

"6 kapitan bir gəmini batırar, 1 kapitan isə onu xilas edər. Pultla hərəkət edən namizədə "səs verin" demək millətin ağlını ələ salmaq olar. Bir nağaraya 6 toppuz vurmazlar", - deyə Ərdoğan bildirib.

"Mən "Cümhur İttifaqı"nın namizədi olaraq aylardır ki, millətimizin hüzurundayam. Amma ər meydanı olan seçki meydanında mübarizə 1 namizədlə olmur. Seçkiyə 4-5 ay qalıb, amma qarşımıza çıxa və ya çıxarıla bilən namizəd yoxdur", - deyə Ərdoğan müxalifəti namizədini açıqlamağa çağırıb.