Karantin müddəti başa çatdıqdan sonra yanvarın 8-də Çin hava limanlarına ilk beynəlxalq uçuş, Türkiyədən isə ilk planlı uçuş həyata keçirilib. SİA xəbər verir ki, Çinin hava yolu şirkəti pandemiyadan sonra İstanbuldan 240 sərnişinlə ilk uçuşunu həyata keçirib.